Ermənistanda saxlanılan Azərbaycan hərbçisinə bıçaqla hücum edilib

Ermənistanda saxlanılan Azərbaycan hərbçisinə bıçaqla hücum edilib Hadisə

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin ifadəsi üzə çıxıb.

News24.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayəb.

Məlumata görə, N.Musayev dindirilmə zamanı heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib.

"Musayev erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib. O iddia edib ki, bir neçə dəfə ev sahibəsindən onu buraxmasını xahiş edib, lakin qadın onun silahından yapışıb və o, atəş açmaq məcburiyyətində qalıb. Üstəlik, Musayev yazılı şəkildə bildirib ki, bundan sonra qadın və onun ailə üzvləri ona hücum edib, bıçaqla zərbələr endirib və onu döyüblər", – deyə qəzet yazıb.