Eskalator qırıldı: Xəsarət alanların son durumu

Eskalator qırıldı: Xəsarət alanların son durumu Hadisə

Xəbər verdiyimiz kimi, dünən Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb və bir neçə şəxs xəsarət alıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB- dən məlumat verilib ki, İncəsənət Gimnaziyası yaxınlığındakı yeraltı keçiddə eskalatorun qırılması nəticəsində 2 nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib:

"Pasiyentlərə dərhal zəruri tibbi yardım göstərilib, onlara başın açıq yarası, sol ayağın sınığı və diz oynağının əzilməsi diaqnozları təyin edilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".