Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı Hadisə

Bakıda ofisdən meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində baş verib.

Dünən saat 16 radələrində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.