Evində meyiti tapıldı

Evində meyiti tapıldı Hadisə

Abşeron rayonu Saray qəsəbəsində evdən meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə avqustun 11-i saat 01 radələrində baş verib.

Bərdə rayon sakini 1996-cı il təvəllüdlü Hüsü Yalçın oğlu Hüseynovun meyiti Saray qəsəbəsində yaşadığı evdə aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Qafqazinfo