Əvvəl bacısını, sonra özünü bıçaqladı - YENİLƏNDİ
Hadisə
Sentyabrın 1-i tarixində saat 15:00 radələrindən başlayaraq 2 nəfər (1 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır stabil qiymətləndirilir.
Xeyrənsə Piriyeva
09:52
***
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb.
News24.az xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Rəfael Qurbanov əvvəlcə bacısına xəsarətlər yetirib, sonra isə bıçaqla özünə bir neçə zərbə endirib.
Onların evdə mübahisə etdikləri və hadisənin bu zəmində baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo