Faciəli şəkildə ölən 18 yaşlı oğlanın - fotosu

Faciəli şəkildə ölən 18 yaşlı oğlanın - fotosu Hadisə

Tovuz rayonunun ərazisindən keçən Bakı–Böyük Kəsik dəmir yolu xəttində faciəvi hadisə baş verib.

News24.az xəbər verir ki, hərəkətdə olan sərnişin qatarı dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub. Hadisə nəticəsində orta yaşlı olduğu bildirilən şəxs hadisə yerindəcə dünyasını dəyişib.

Daha sonra ölənin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, qatarın vuraraq öldürdüyü şəxs Tovuz rayon sakini, 2007-ci il təvəllüdlü Ədalət Nərimanlıdır.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

 Ədalət Nərimanlının fotosunu təqdim edirik: (Unikal)


Faciəli şəkildə ölən 18 yaşlı oğlanın - fotosu