Fazil Əliyev dünyasını dəyişdi

Fazil Əliyev dünyasını dəyişdi Hadisə

Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev vəfat edib.

News24.az xəbər verir ki, Fazil Tofiq oğlu Əliyev 1993–2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016–2022-ci illərdə isə həmin müəssisədə məşqçi-müəllim vəzifəsində çalışıb.

O, idman sahəsində xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülüb.

Naftalan şəhəri üzrə gənclər və idman sektorunun kollektivi, eləcə də şəhər idman ictimaiyyəti mərhumun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan ona rəhmət diləyib.