“Ferrari”nin sabiq rəhbəri əməliyyat olundu

“Ferrari”nin sabiq rəhbəri əməliyyat olundu Hadisə


Formula 1-in bir sıra komandalarının (Ferrari, Renault, Benetton) keçmiş rəhbəri, italiyalı Flavio Briatore ürəyindən əməliyyat olunub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, əməliyyata səbəb nadir rast gəlinən ürək şişi olub. Bu, insanlarda mümkün şişlərin cəmi 0,02%-ni təşkil edir. Xoşbəxtlikdən formasiya xoş xasiyyətli olub və əməliyyat uğurla keçib.

Əməliyyatdan sonra Flavio abunəçilərinə müraciət edərək, həkimlərə peşəkarlıqlarına görə təşəkkür edib.