FHN köməksiz vəziyyətdə qalan 5 nəfəri - XİLAS ETDİ
Hadisə
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində 2 halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
News24.az-a FHN-dən verilən məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.