FHN Qarabağ kanalında batan qızla bağlı məlumat yaydı

FHN Qarabağ kanalında batan  qızla bağlı məlumat yaydı Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonun İkinci Aşıqlı kəndində Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.