Film kimi olay: Keçmiş segilisi toya hücum etdi – - VİDEO-FOTO
Hadisə
Real həyatda film və seriallardakı səhnələri xatırladan hadisə baş verib.
News24.az xəbər verir ki, qadın keçmiş sevgilisinin toyuna hücum edərək, bəyi qovub. Sosial mediada sürətlə yayılan görüntülərdə bəylə gəlinin çələng taxma mərasimi zamanı gözlənilmədən səhnəyə tullanan qadın bəyi bir neçə metr kənara tullayıb.
Kadrların davamında qadının bəyi geri çəkdiyi və ailə üzvlərinin araya girməsi ilə gərgin mübahisənin başladığı görünür.
Video sosial şəbəkələrdə yayılarkən izləyicilərdən müxtəlif şərhlər yazılıb. İstifadəçilərdən biri "O zaman sən öz sevgilinlə evlənməli idin", digəri isə "Təhlükəsizlik haradadır?" – deyə soruşub.
Bəzi istifadəçilər bəyin ikinci evliliyi və qadının əslində onun birinci arvadı olduğunu iddia edib.
Bəzi istifadəçilər evlilikdən qorxduqlarını bildiriblər. Bir nəfər “Buna görə evlənmirəm” yazarkən, digərləri hadisənin sadəcə reklam olduğunu iddia edərək, “Məşhur olmaq üçün bu səviyyəyə düşmək lazım deyil” şərhini yazıb.
Hadisənin harada baş verdiyi məlum deyil. “Instagram”da paylaşılan videoya 3 milyondan çox baxış olub.
Aynurə