Fransadan sonra İtaliyada da etirazlar başladı
Hadisə
Milanda keçirilən etiraz aksiyaları zamanı 270-dən çox şəxs saxlanılıb, onların təxminən 80 faizi yeniyetmələrdir.
News24.az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, saxlanılan 22 şəxsə qarşı, o cümlədən talançılıq, həbsə müqavimət göstərmə və hücum etmə kimi müxtəlif ittihamlar irəli sürülüb.
Qeyd edək ki, Fransada başlayan qiymət artımı və yaşayış xərclərinə qarşı etiraz aksiyaları İtaliyaya da yayılıb.
Milan, Turin və Bolonyada nümayişlər kütləvi iğtişaşlara çevrilib.
Milanda Duomo meydanına əksəriyyəti gənclər və yeniyetmələr olmaqla təxminən 5 min nəfər çıxıb.
İğtişaşlar Broletto küçəsində başlayıb. Burada radikallar polisə daşlar, petardalar və şüşələr atıblar.
İtaliyadakı iğtişaşların vurduğu ziyan ilkin olaraq 1,1–1,6 milyon avro həcmində qiymətləndirilib.
Orta ziyan məbləği təxminən 1,3 milyon avro təşkil edir.