Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı

Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı Hadisə

Gecə saatlarında Füzuli rayonunda yeniyetmə oğlanın meyiti tapılıb.

News24.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Avqustun 18-i saat 01 radələrində 2010-cu il təvəllüdlü Fəqan Dəryatqulu oğlu Məhərrəmovun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Onun ölümü ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır./Qafqazinfo