Füzulidə açıq ərazidə yanğın oldu
Hadisə
Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.