Füzulidə avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var - YENİLƏNDİ

Füzulidə avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var - YENİLƏNDİ Hadisə

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlər də xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report

09:36


Füzulidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Bakıya gətirilib.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər 09.08.2026-cı il tarixində saat 19:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara sol bud sümüyünün boyun nahiyəsinin və sirkə kasasının, digər pasiyentlərə isə sol körpücük sümüyünün, sol dirsək sümüyünün distal hissəsinin və sol said sümüklərinin sınığı diaqnozları təyin olunub.

1967, 1982 və 1973-cü il təvəllüdlü şəxslər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Yeni Klinikaya, 2018-ci il təvəllüdlü şəxs isə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.