Gədəbəydə 48 yaşlı kişi yarğana düşərək ölüb

Gədəbəydə 48 yaşlı kişi yarğana düşərək ölüb Hadisə


Gədəbəydə 48 yaşlı kişi yarğana düşərək ölüb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Moruqlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.

Ə.Əsgərovun meyiti martın 20-si tapılıb və ailəsinə təhvil verilib.