Gədəbəydə ailə faciəsi - 2 yaşlı uşaq öldü

Gədəbəydə ailə faciəsi - 2 yaşlı uşaq öldü  Hadisə

Gədəbəy rayonunda körpə qıcolmadan vəfat edib.

News24.az xəbər verir ki, hadisə martın 26-sı gecə saatlarında baş verib. 2024-cü il təvəllüdlü Alparslan Arzuman oğlu Musayev epileptik tutmadan ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.