Gədəbəydə qəza baş verdi - Ölənlər var
Hadisə
Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası olub.
News24.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Belə ki, hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/