Gənc iş adamı idman zalında bu səbəbdən ölüb - TƏBİB-dən açıqlama

Gənc iş adamı idman zalında bu səbəbdən ölüb - TƏBİB-dən açıqlama Hadisə

İdman zalında vəfat edən iş adamının ölüm səbəbi açıqlanıb. 

Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. 

Bildirilib ki, oktyabrın 17-də  saat 18:09-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu ərazisindən təcili çağırış daxil olub:

"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub". 

"1990-cı il təvəllüdlü (kişi) şəxsin kardiogen şok səbəbilə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb", - deyə qurumdan verilən məlumatda qeyd edilib.

Xatırladaq ki, 35 yaşlı Toğrul Tapdıqzadə idman zalında məşq edərkən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb.


Nilufər