Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət aldı
Hadisə
Gəncədə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Z.Əsgərov ürək nahiyəsindən silahdan açılan atəş nəticəsində xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, Z. Əsgərov tir tüfəngi ilə ehtiyatsız davranış nəticəsində xəsarət alıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. (APA)