Gəncədə 13 yaşlı qızı maşın vurdu
Hadisə
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Cavadxan qəsəbəsində qeydə alınan hadisə zamanı 2013-cü il təvəllüdlü M. Əliyevanı avtomobil vurub.
İlkin ehtimala görə, qəza yolu keçmək istəyərkən baş verib.
Xəstəxanaya yerləşdirilən piyadanın müalicəsi davam etdirilir. (Qafqazinfo)