Gəncədə 13 yaşlı yeniyetmə atdan yıxılaraq xəsarət aldı

Gəncədə 13 yaşlı yeniyetmə atdan yıxılaraq xəsarət aldı Hadisə

Gəncədə yeniyetmə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

News24.az xəbər verir ki, 2013-cü il təvəllüdlü M.Abdullayev atdan yıxılıb. Müxtəlif bədən xəsarətləri alan 13 yaşlı uşaq xəstəxanalardan birinə çatdırılıb.

Ona tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata əsasən, vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır. (gencexeber)