Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
Hadisə
Gəncə sakini kəsici alətdən xəsarət alıb.
News24.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.
Sözü gedən ərazidə 2011-ci il təvəllüdlü Z. Məmmədli bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib vəziyyətlərin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.//lent.az