Gəncədə 23 yaşlı qızın meyiti tapıldı
Hadisə
Gəncədə 23 yaşlı qızın yaşadığı evdə meyiti aşkarlanıb.
News24.az xəbər verir ki, hadisə şəhərin M. Hacıyev küçəsində qeydə alınıb.
2003 cü il təvəllüdlü S. Sadıqovanın yaşadığı evdə cansız bədəni tapılıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. (Teleqraf)