Gəncədə 24 yaşlı gənc dəm qazından zəhərləndi

Gəncədə 24 yaşlı gənc dəm qazından zəhərləndi Hadisə

Gəncədə 24 yaşlı gənc dəm qazından zəhərlənib, vəziyyəti ağırdır.

News24.az-ın xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. // APA