Gəncədə məktəbdə 5 şagird zəhərləndi - 9 yaşları var - Yeniləndi 1
Hadisə
Oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib.
News24.az xəbər verir ki, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə çatdırılıb.
İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyeva şirniyyatdan zəhərləniblər.
Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, Gəncədə olan məktəblərin birində təhsil alan 5 şagird zəhərlənib.
Onları müəllimlərin köməyi ilə Gəncədə xəstəxananın Yoluxucu şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir. (report)