Gəncədə 54 yaşlı kişini avtomobil vurdu

Gəncədə 54 yaşlı kişini avtomobil vurdu Hadisə

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü F.Bağırovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./lent.az