Gəncədə 9 yaşlı uşağı maşın VURDU

Gəncədə 9 yaşlı uşağı maşın VURDU Hadisə


Gəncədə azyaşlını maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2016-cı il təvəllüdlü Huseyin Özcanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.