Gəncədə adam oğurluğu ilə məşğul olan dəstənin ŞOK ƏMƏLLƏRİ

Gəncədə adam oğurluğu ilə məşğul olan dəstənin ŞOK ƏMƏLLƏRİ Hadisə
Gəncədə adam oğurluğu, quldurluq və oğurluq kimi əməllər törətmiş dəstə üzvləri barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu), 177.2.2, 177.2.4, 177.2.3, 177.2.1 (oğurluq), 182.3.2 (hədə-qorxu ilə tələb etmə) və 306.1-ci maddələri ilə təqsirləndirilən Pərviz Məmmədov, Zəka Göyüyev, Turac Zeynalov, Kamil Məmmədov, Emin Əliyev, Rüfət Nəcəfov, Röyal İsmayılov və Valeh Tofiqoğlunun işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə 4 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Məhkəmə prosesi hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, bu ilin iyul ayında cinayətkar dəstənin 4 üzvü evdən xeyli miqdarda qızıl-zinət, digər qiymətli əşyalar, nağd pul apardıqlarına görə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaq aparılan zaman dəstə üzvlərinin sayının 8 nəfər olduğu və adam oğurluğu cinayəti törətdikləri də müəyyən edilib. Onlar adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, külli miqdarda dəyəri olan oğurluq və sair kimi ağır cinayətlərdə təqsirli bilinir.