Gəncədə ağır qəza - Yaralılar var

Gəncədə ağır qəza - Yaralılar var Hadisə

Gəncədə iki avtomobil toqquşub.

News24.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. ​

Belə ki, “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Pərviz Hüseynov ötmə əməliyyatı edərkən öz yolu ilə hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Mercedes” idarəetməni itirərək aşıb.

​Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlanılıb. (qafqazinfo)