Gəncədə avtomobil ağaca çırpıldı, xəsarət alan var

Gəncədə avtomobil ağaca çırpıldı, xəsarət alan var Hadisə

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, şəhər ərasizində qeydə alınan hadisə zamanı sürücü idarəetməni itirib və nəticədə "Mercedes" markalı maşınla "Lada Priora" markalı avtomobil toqquşub.

Zərbənin təsirindən "Lada" markalı maşın ağaca çırpılıb.

Qəza zamanı 2000-ci il təvəllüdlü Kamil Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırma başlanılıb. (Teleqraf)