Gəncədə avtomobil aşdı, 3 nəfər xəsarət aldı – Foto
Hadisə
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.