Gəncədə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə
Gəncədə avtomobilin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
News24.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Ramal Xuşacarxın idarə etdiyi avtomobil aşıb. Nəticədə sürücü və avtomobildə olan bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.