Gəncədə avtomobil divara çırpıldı, 4 nəfər xəsarət aldı

Gəncədə avtomobil divara çırpıldı, 4 nəfər xəsarət aldı Hadisə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Gəncənin Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. (APA)