Gəncədə bıçaq xəsarəti alan 36 yaşlı şəxs xəstəxanada öldü

Gəncədə bıçaq xəsarəti alan 36 yaşlı şəxs xəstəxanada öldü Hadisə

Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

News24.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı araşdırma başlanılıb.//report