Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində öldü

Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində öldü Hadisə


Gəncədə bədbəxt hadisə baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Bildirilib ki, fəhlə işləyən 1968-ci il təvəllüdlü N.Tağıyevin üstünə armatur topası düşüb.

O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.