Gəncədə həyəcanlı anlar : Ölüm təhlükəsi ilə üzləşdi -VİDEO
Hadisə
Mayın 22-də yağan güclü yağışdan sonra Gəncə Dövlət Milli Dram Teatrında təhlükəli vəziyyət yaranıb.
News24.az xəbər verir ki, teatrın texniki otağında yerləşən su nasoslarına baxış keçirmək üçün zirzəmiyə enən işçi geri qayıdarkən yağış sularının yığılması səbəbindən içəridə qalıb. Su səviyyəsi isə qapının yarısından çoxunu tutub.
Teatrın digər əməkdaşları vəziyyətə müdaxilə edərək içəridə qalan işçini təhlükəsiz şəkildə çıxarmağa nail olublar. /Gencexeber.az/