Gəncədə iki avtomobil toqquşdu - Yaralılar var
Hadisə
Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü A. Abdullayev və 1994-cü il təvəllüdlü Orxan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb. /Qafqazinfo