Gəncədə iki nəfər küçədə bıçaqlandı
Hadisə
Gəncədə bıçaqlanma olub.
News24.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü A .Tağıyev və 1960-cı il təvəllüdlü F.Abbasov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal hər iki şəxs əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar küçədə bıçaqlanıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır.(Unikal)