Gəncədə maşın piyadanı vurdu
Hadisə
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Unikal)