Gəncədə minik maşını ilə moped toqquşdu - Yaralanan var

Gəncədə minik maşını ilə moped toqquşdu - Yaralanan var Hadisə

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəktədə olan minik maşını ilə moped toqquşub. Nəticədə mopedin sürücüsü 2007-ci il təvəllüdlü İ.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Unikal)