Gəncədə qəza oldu, xəsarət alanlar var
Hadisə
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (APA)