Gəncədə qəza, xəsarət alanlar var - Fotolar
Hadisə
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı “VAZ 2107” markalı avtomobillə “Toyota” markalı maşın toqquşub.
Nəticədə, Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Çərkəz Qasımov xəsarət alıb. Yaralı şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb.