Gəncədə şagirdlərin zəhərləndiyi dönərxana bağlandı - Fotolar
Hadisə
Gəncədə zəhərlənmə baş verən dönərxanın fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd edilib ki, baş verən hadisə ilə bağlı araşdırmalar davam edir: “Gəncədə baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.
Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən “Nur” dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Araşdırmalar davam etdirilir”.