Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşdu

Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşdu Hadisə

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan 1 saylı xətt üzrə işləyən "Hunday" markalı sərnişin avtobusu ilə "Toyota" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Axar.az