Gəncədə yol qəzası baş verdi, xəsarət alanlar var
Hadisə
Gəncə şəhərinin Ş. İ. Xətai prospektində yol qəzası qeydə alınıb.
News24.az xəbər verir ki, "Ford" və "Mercedes" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 2010-cu il təvəllüdlü G.Məmmədova, 2012-ci il təvəllüdlü M. Əlili xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb./Report/