"Gənclik Mall"da nə baş verib? - RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNDİ
Hadisə
Məsələ ilə bağlı News24.az-a Gənclik Mall-dan verilən məlumata görə, hazırda vəziyyət normaldır.
Bildirilib ki, texniki problem baş verib və bu səbəbdən insanlar təxliyə edilib. Hazırda isə problem aradan qaldırılıb və vəziyyət tam nəzarət altındadır.
***
16:04
Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində həyəcan siqnalı verilib.
News24.az xəbər verir ki, hazırda vətəndaşların təxliyəsi həyata keçirilir.
Həyəcan siqnalının hansı səbəbdən verilməsi hələlik məlum deyil./Unikal