Gəncədə avtomobllər toqquşub, xəsarət alanlar var

Gəncədə avtomobllər toqquşub, xəsarət alanlar var Hadisə

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, qəza şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki,  hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Ç. Hüseynova və 1992-ci il təvəllüdlü H. Mustafayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(Unikal)