Gəncədə yas mərasimində kütləvi zəhərlənmə oldu – YENİLƏNDİ
Hadisə
"Şöbəmizə uşaq və böyük olmaqla qusma və ishal şikayətləri ilə xəstələr daxil olub. Gələnlər təxminən 20 dəqiqə fərqlə xəstəxanaya müraciət ediblər. Demələrinə görə, yas yerində qidalanıblar."
News24.az xəbər verir ki, bu barədə Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Firdovsi Məmmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, xəstələrdən bütün bakteroloji analizlər götürülüb və labaratoriyaya göndərilib.
"Vəziyyətləri stabildir. Artıq bir nəfər ambulator müalicə üçün evə buraxılıb. Altı nəfər şöbədə müalicəsi davam edir. Bizdə olan məlumata görə, daha iki nəfər Göygöl Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, onlar birinci Qarabağ müharibəsi qazisinin qırx mərasimində yedikləri qidadan zəhərləniblər".
Məlumat üçün bildirək ki, zəhərlənən şəxslər Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. (Teleqraf)
***19:33
Bu gün saat 18 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***18:41
Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.
News24.az xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Onlar arasında azyaşlılar da var.
İlkin olaraq xəstəxanaya gətirilən şəxslər bunlardır: Nuriyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsayev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987). (Teleqraf)