Goranboyda ağır QƏZA - Xəsarət alanlar var
Hadisə
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan iki "VAZ-2107" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Xəsarət alanların 2001-ci il təvəllüdlü İ. Namazov, 1962-ci il təvəllüdlü S. Məmmədov və daha bir nəfər olduğu qeyd edilir.
Faktla bağlı araşdırma aparılır./unikal.az